İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb


İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.



Ölkə mətbuatında yer alan xəbərlərə görə, Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.

Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak olub.

17 mindən çox adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər yağan mövsümi yağışlar tez-tez sel və torpaq sürüşməsinə səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu