Çad Fransa ilə müdafiə müqaviləsini ləğv edib


Çad hakimiyyəti Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

Çad hakimiyyəti aprel ayında ABŞ-a məktub göndərib. Orada hakimiyyət hərbi müqaviləni ləğv etmək niyyəti barədə məlumat verib. Məktubda qeyd edilir ki, bütün Amerika qoşunları Njamenadakı hərbi bazanı tərk etməlidir. Daha sonra Pentaqon Amerika kontingentinin bir hissəsinin Çad ərazisindən çıxarılmasını elan edərək, tədbiri müvəqqəti addım adlandırıb.

ABŞ-ın qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxarmaq niyyəti aprelin sonunda məlum olub. Qeyd olunub ki, Nigerdə ​min, Çadda isə 100 amerikalı əsgər var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu