Rusiyadan Çinə təbii qaz daşıyan boru xətti işə düşüb
Rusiya təbii qazının Şərqi Sibirdən Çinin sıx məskunlaşdığı şimal və şərq bölgələrinə nəqli üçün tikilən boru kəmərinin işə düşdüyü açıqlanıb.
Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, şimal-şərqdəki Heylongciang əyalətinin Heykhi şəhərindən başlayaraq ölkənin şərq sahilindəki ən böyük şəhəri Şanxaya qədər uzanan boru kəmərindən qazın verilişinə başlanıb.
“Şərq marşrutu” adlanan 5111 kilometrlik boru kəməri dövlət səviyyəsində 9 rayonun təxminən 450 milyon əhalisini ildə 38 milyard kubmetr təbii qazla təmin edəcək.
Bildirilib ki, Jiangsu əyaləti ilə Şanxay şəhəri arasında kəmərin cənub hissəsinin tikintisi keçən ay başa çatıb.
2022-ci il fevralın 4-də Rusiyanın “Sibirin gücü” boru kəmərinə əlavə olaraq yeni boru kəmərinin tikintisi üçün 30 illik qaz təchizatı müqaviləsi imzalanıb.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ və Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın enerji nəqli üçün diqqətini Çinə çevirdiyi müşahidə edilir. Müharibə səbəbiylə Avropa ilə Rusiya arasında təbii qaz axınının kəsildiyi bu dövrdə çoxlu əhalisi və inkişaf etmiş sənayesinin enerji ehtiyacı ilə Çin Rusiya təbii qazı üçün alternativ ünvan kimi önə çıxır.
Mənbə: AA