Namibiyada ilk dəfə qadın prezident seçilib


Noyabrın 27-də keçirilən prezident seçkilərində ilk dəfə ölkə qadın prezident seçib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Namibiyanın vitse-prezidenti və hakim partiya olan Namibiya Cənub-Qərbi Afrika Xalq Təşkilatının namizədi Netumbo Nandi-Ndaitva seçkilərdə qalib gəlib.

Bu barədə seçki komissiyası təqdim edilmiş bütün bülletenləri emal etdikdən sonra məlumat yayıb.

Namibiya Yayım Korporasiyası seçki komissiyasının məlumatlarına istinad edərək bildirib ki, Nandi-Ndaitva 57 faiz səs toplayıb. Namibiyanı əvvəllər heç vaxt qadın idarə etməyib.

Prezident seçkilərində 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün onlardan birinin 50+ səs toplaması lazım idi.

72 yaşlı Nandi-Ndaitva Afrikanın ən təcrübəli siyasətçilərindən biridir. SSRİ-də təhsil alıb və “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə Nandi-Ndaitva müxtəlif dövlət vəzifələrində çalışıb və eyni zamanda parlament üzvü olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu