Makron 2027-ci ilə qədər istefa verməyəcəyini deyib


Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər ölkə lideri olaraq qalmağı planlaşdırdığını bildirib.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən 5 illik müddətə seçilmişəm və mandatımın sonuna qədər öz vəzifələrimi yerinə yetirəcəyəm", - deyə Fransa lideri bildirib.

Makron bundan əvvəl parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin kabinetinin istefasını qəbul edib. Bundan əlavə, Fransa lideri Barnier və onun hökumətindən ölkənin yeni baş naziri təyin olunana qədər müvəqqəti olaraq vəzifələrində qalmağı xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu