Dursuz Özbək TFF prezidenti barəsində prokurorluğa şikayət etdi
“Qalatasaray” klubunun prezidenti Dursun Özbek Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu haqqında prokurorluğa xüsusi ittiham qaydasında şikayət etdiyini açıqlayıb.
Dursun Özbek açıqlamasında bu ifadələrdən istifadə edib:
"TFF prezidenti dünən "TRT Spor"da iştirak etdiyi verilişdə haqqımda təhdid xarakterli açıqlamalar verib. "Qalatasaray" prezidentinə edilən təhdid bütün klubumuz üçün təhdid kimi qiymətləndirilir. Ona görə də Baş Prokurorluğa cinayət işini açılması barədə şikayət etdim"
"Əminəm ki, Türkiyə qanunları lazım olanı edəcək. Düşünürəm ki, futbol bu səviyyəyə çatmalıdır. Türkiyə qanunlarına güvənirəm. Çağırışımızı (istefa çağırışımızı) etdik, Türkiyə idman ictimaiyyəti bununla bağlı lazım olanı edəcək".
"Güvənmədiyimi ifadə etdim. Bu TFF bizim səs verdiyimiz bir TFF-dir. Onların seçildikdən sonra tətbiqləri ədalətdən məhrumdur. İstifadə edilən ifadələr "Qalatasaray" İdman Klubunu və Türkiyə futbol ictimaiyyətini narahat etdi. "Qalatasaray" olaraq biz öz gücümüzü göstərdik. Qalatasaray ictimaiyyəti olaraq bu məsələ ilə bağlı lazımi açıqlamanı Baş Prokurorluğa təqdim etmişik və əminəm ki, lazım olanı edəcəklər”.
Çempionluq yarışından narahatsınız? sualına Dursun Özbək "Komandama son dərəcə arxayınam. Heç bir narahatlığım yoxdur" cavabını verib.
Özbək "Komandaya tam dəstəyimiz var. İctimaiyyətimiz tam dəstək verir. Çempionluq yürüşümüz davam edir" ifadələrini də işlədib.
Mənbə: İHA