Qütbləşmə ilin sözü elan edildi

İngilis dilinin ən tanınmış mənbələrindən biri olan "Merriam-Webster" lüğəti 2024-cü ildə ən çox diqqət çəkən sözü qütbləşmə olaraq təyin edib.
"Merriam-Webster" saytında dərc olunan açıqlamaya görə, ilin qütbləşməsi sözü daha çox ABŞ mediasında prezident seçkiləri zamanı ictimaiyyət arasında yaranan parçalanmaya diqqət çəkmək üçün istifadə edilib.
Açıqlamada dünyada sosial mövzularda il ərzində ortaya çıxan yeni ayrılmaları vurğulamaq üçün qütbləşmə termininə də üstünlük verildiyi bildirilib.
"Merriam-Webster" qütbləşmə sözünü iki ziddiyyətli ifrat arasında fikir fərqliliyi, xüsusən bir qrupun və ya cəmiyyətin ideyalarının, inanclarının və ya maraqlarının bir spektr üzrə paylanmaqdansa, əks uclarda cəmləşdiyi bir vəziyyət olaraq təyin edib.
Lüğətdə həmçinin TikTok-da başlayan tendensiyaya görə "demure" və ABŞ-da prezident Co Bayden və yeni seçilmiş prezident Donald Trampın yaşlarına görə gündəmə gələn "koqnitiv" kimi bəzi sözlər də ili təyin edən terminlər seçilib.
Qeyd edək ki, "Merriam-Webster" lüğəti "əsl" sözünü 2023-cü ilin sözü olaraq təyin etmişdi, çünki "real" və "saxta" arasındakı xətt getdikcə bulanıqlaşdıqca sözün populyarlığı artıb.