Parkinson dərmanı qumar asılılığına səbəb oldu - Xəstə kompensasiya aldı


İngiltərədə 66 yaşlı Filip Stivens Parkinson xəstəliyi üçün istifadə edilən dərmanın yaratdığı nəzarətsiz qumar asılılığına görə Milli Səhiyyə Xidmətindən (NHS) 70 min funt-sterlinq təzminat alıb.



Hempşirdə yaşayan Stivens 2017-ci ildə "narahat ayaqlar sindromu" diaqnozu qoyulduqdan sonra reseptlə satılan "Ropinirole" dərmanından istifadə etməyə başlayıb. Bununla belə, o, bu dərmanın impuls nəzarət pozğunluğu kimi yan təsirlərə səbəb ola biləcəyi barədə həkimi tərəfindən məlumatlandırılmadığını iddia edib.

NHS-ə görə, "Ropinirole" kimi dərmanlar xəstələrdə həddindən artıq yemək, qumar, alış-veriş kimi davranış yan təsirlərinə səbəb ola bilər.

Bildirilir ki, bu hallarda xəstələr dərhal mütəxəssis tibb bacısına müraciət etməlidirlər.

Filip Stivens dərmandan istifadə etməyə başladıqdan qısa müddət sonra qumar vərdişinin nəzarətdən çıxdığını və tez-tez mərc proqramlarında qumar oynadığını söyləyib. O, gecə yarısı yuxudan oyanaraq mərc oynamağa başladığını və indi hətta qalib gəlmək məqsədini itirdiyini bildirib.

Stivens təkcə qumar oynamadığını, həm də lüks paltar və aksesuar almaq kimi məcburi alış-veriş davranışları inkişaf etdirdiyini və hər həftə üç günlük balıq ovuna çıxmaq məcburiyyətində qaldığını da ifadə edib.

Təcrübələrini izah edən Stivens “Bir vaxtlar həzz aldığım hobbilərim "Ropinirole" ilə bağlı vəsvəsələrə çevrilib və indi onlar məndə yalnız günahkar hiss oyandırıb. Artıq əvvəlki mən deyiləm" deyib.

2021-ci ilin oktyabrında nevroloqun müayinəsi zamanı qumar asılılığı ilə bağlı şikayətlərini dilə gətirən Stivens, həkiminin ona dərmanı dərhal dayandırmağı tövsiyə etdiyini söyləyib. Lakin dərmanı dayandırdıqdan sonra o, beş ay davam edən şiddətli çəkilmə simptomları yaşayıb.

Stivens bu müddət ərzində həddindən artıq yorğunluq, paranoyya və halüsinasiyalar yaşadığını, hətta öz evini, həyat yoldaşını və uşaqlarını tanıya bilməyəcəyini bildirib. O, bir anda övladlarının DNT testi etdirməsini istədiyi qədər reallıq hissini itirdiyini və depressiyaya düşdüyünü və intihara meyilli olduğunu da söyləyib.

2023-cü ildə Stivensə dəstək verən "Leigh Day" hüquq firması "Ropinirole" səbəbiylə impuls nəzarət pozğunluğundan əziyyət çəkən başqa bir qadının da bənzər bir iddia açdığını və 40 min funt sterlinq təzminat aldığını açıqlayıb.

Eyni şirkət Parkinson xəstəliyini müalicə etmək üçün istifadə edilən başqa bir dərman olan "Pramipexole" ilə bağlı qumar davasında da razılığa gəldi.

Stivens "Bir gün yaşadıqlarımın mənim günahım olmadığını qəbul edə biləcəyim ümidi ilə gözləyirəm" deyərək, ən böyük təsəllisinin bu müddət ərzində evliliyinin dağılmaması olduğunu ifadə edib.

Mənbə: The Guardian



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu