Nigeriyada sərnişin qayığı batıb: 20 nəfər həyatını itirib

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 20 nəfər həyatını itirib.
Benue polisinin sözçüsü Ketrin Anene açıqlamasında bildirib ki, əyalətin İqatu bölgəsindəki bazardan qayıdan insanların mindiyi taxta qayıq Benue çayında batıb.
Anene qeyd edib ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 20 nəfərin cəsədi tapılıb, 11 nəfər isə xilas edilib.
Xilas edilənlərin xəstəxanaya göndərildiyini bildirən Anene bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.