Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 8,8 min nəfərin yaşadığı Dapa (Siarqao adaları) bələdiyyəsindən 30 km cənub-şərqdə olub. Episentr 41 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.