Mask da hesab edir ki, Kaliforniya qubernatoru ABŞ-da ən pis idarəçidir

Amerikalı iş adamı İlon Mask Kaliforniya rəhbərliyinin ABŞ-da ən pis idarəçi olduğu fikri ilə razıdır.
AFN.az xəbər verir ki, o bu barədə X-da yazılan fikirləri təsdiqləyib.
"Kaliforniya Amerikada ən yaxşı əraziyə və ən pis liderliyə malikdir. Kaliforniya qubernatoru Gevin Nyusomun su və meşə idarəsindəki uğursuz siyasəti asanlıqla idarə oluna bilən yanğınları dağıdıcı cəhənnəmə çevirdi", - deyə X istifadəçilərindən biri paylaşıb. İlon Mask isə həmin paylaşıma "Doğru" deyə qeyd edib.