KİV: Husilərin nəzarətində olan Səna şəhərinə zərbələr endirilib
Husilər tərəfindən ələ keçirilən Yəmənin paytaxtı Səna hücuma məruz qalıb.
AFN.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilir ki, zərbələr "Ənsar Allah" tərəfdarlarının Qəzza zolağının əhalisinə dəstək nümayişi üçün toplaşdığı bir vaxtda Əs-Sabiin meydanı ərazisindəki hədəflərə endirilib.
Bundan əvvəl “Əl-Ərəbiyyə” telekanalı ABŞ-ın ölkənin şimal-qərbindəki Amran əyalətində husilərin yeraltı obyektlərinə, eləcə də Səada əyalətindəki üsyançıların mövqelərinə zərbələr endirdiyi barədə məlumat yayıb. "Al Mayadeen" TV-nin məlumatına görə, ABŞ-ın atəşi heç bir ölüm və ya hərbi itki ilə nəticələnməyib.