KİV: Qəzzada sülh danışıqları yanvarın 14-də davam edəcək


Yanvarın 14-də səhər Dohada Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqların əlavə raundu keçiriləcək.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Qəzzada nizamlanma ilə bağlı razılaşma həmişəkindən daha yaxındır. O qeyd edib ki, məsləhətləşmələrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk, eləcə də İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara iştirak edəcək.

Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsraillə HƏMAS arasında razılaşmanın elanı çərşənbə axşamı gecəsi və ya yanvarın 14-ü səhər saatlarında baş verə bilər. Razılaşma əldə olunarsa da, Qəzza zolağında atəşkəs yanvarın 22-dən tez qüvvəyə minməyəcək.

Kanalın mənbələrinə görə, İsrail vasitəçilərə müqavilə çərçivəsində azad edə biləcəyi fələstinli məhbusların siyahısını verib. Lakin Fələstinin Fəth hərəkatının liderlərindən biri Mərvan Barquti bu siyahıda yoxdur. Onun İsrail həbsxanasından azad edilməsi HƏMAS-ın əvvəllər qoyduğu şərtlər arasında idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu