Cənubi Koreya prezidenti ifadə verməkdən imtina edib


Qiyam ittihamı ilə həbs olunan və yüksək vəzifəli məmurlar üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılan Cənubi Koreya prezidenti Yun Seok Yool ifadə verməkdən imtina edir.


AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İdarədə dindirmə yerli vaxtla saat 11:00 radələrində başlayıb. Sorğunun daha bir iclası yerli vaxtla saat 14:40-da başlamalıdır. Yun Seok Yoolun etirazına görə sorğu-sualın videoya çəkilmədiyi bildirilir.

Dövlət başçısı bildirib ki, özü dindirməyə gəlmək qərarına gəlib. Çünku hüquq-mühafizə orqanlarının əməkdaşları “mühafizə olunan əraziyə müdaxilə ediblər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu