İranda Ali Məhkəmənin iki hakimi sui-qəsd nəticəsində qətlə yetirilib


İranın paytaxtı Tehranda Ali Məhkəmənin binası qarşısında silahlı hücum nəticəsində iki Ali Məhkəmə hakimi ölüb, biri isə yaralanıb.


İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, silahlı hücum edən şəxs Tehranda Ali Məhkəmənin binası qarşısında iki Ali Məhkəmə hakimini qətlə yetirib.

Hücum zamanı Hüccətulislam Mukise və Hüccətulislam Razini adlı iki hakim ölüb.

Hücumçunun hadisədən sonra özünə atəş açaraq intihar etdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu