Cənubi Koreyada dörd yüksək rütbəli zabit vəzifəsindən azad edildi


Cənubi Koreyada prezident vəzifəsindən uzaqlaşdırılan və dünən rəsmən həbs edilən Yoon Suk Yeolun 2024-cü il dekabrın 3-də uğursuz hərbi vəziyyət elan etməsində rol oynamaqda günahlandırılan dörd yüksək rütbəli zabit vəzifəsindən azad edilib.



"Yonhap" xəbər verir ki, Müdafiə Nazirliyinin nizam-intizam komitəsi Yoonun 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdində əli olmaqda şübhəli bilinən zabitlərə qarşı tədbir görüb.

Nazirlik dörd yüksək rütbəli zabitin, Yeo İn-Hyung, Mun Sang-Ho, Li Jin-Vu və Kvak Jong-Keunun rəsmi olaraq vəzifəsindən azad edildiyini açıqlayıb.

Uğursuz hərbi vəziyyət elanı zamanı hərbi vəziyyət komandiri təyin edilən Baş Qərargah rəisi Park An-Su üçün də intizam prosesinin davam etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu