Mingəçevirdə dərsdə halı pisləşən şagird ölüb
Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.
2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.
Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.