Qvatemala ABŞ-dan deportasiya edilənlərin qəbul ediləcəyini açıqladı


Qvatemala prezidenti Bernardo Arevalo ABŞ-dan deportasiya edilən immiqrantları qəbul etmək üçün yeni razılığa gəldiklərini açıqlayıb.



Arevalo Qvatemalada rəsmi səfərdə olan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb və birgə mətbuat konfransında çıxış edib.

Arevalo ABŞ-dan deportasiya edilən Qvatemala vətəndaşları ilə yanaşı, digər ölkələrin vətəndaşlarının da qəbul ediləcəyini və bu şəxslərin repatriasiya prosesi ilə bağlı nəqliyyat xərclərinin ABŞ tərəfindən qarşılanacağını bildirib.

ABŞ ilə yeni razılaşma çərçivəsində deportasiya uçuşlarının sayının 40 faiz artırılacağını ifadə edən Arevalo, miqrasiya probleminin uzunmüddətli perspektivdə həlli üçün iqtisadi inkişafın vacibliyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 61.680 qvatemalalı ABŞ-dan deportasiya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu