“Turan Tovuz”dan hakim qərarlarına etiraz - VİDEO


Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”la keçirilən oyun “Turan Tovuz”un narazılığına səbəb olub.


Tovuz klubu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Onlar qarşılaşmadakı hakim qərarlarına etirazlarını bildiriblər: “Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin “Sabah” – “Turan Tovuz” oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”.

Qeyd edək ki, oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu