Baltikyanı ölkələr Rusiyanın enerji sistemindən ayrılır


Estoniya, Latviya və Litva Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə qoşulub.



Aİ Komissiyasının sədri Ursula Von der Leyen Estoniya, Latviya və Litvanın Avropa elektrik şəbəkəsinə qoşulmasını qeyd etmək üçün Litvanın paytaxtı Vilnüsdə Baltik Sinxronizasiya Konnektorlarının açılış mərasimində çıxış edib.

"Bu gün biz Baltikyanı ölkələri kontinental Avropa elektrik şəbəkəsinə birləşdiririk" deyən Von der Leyen, Avropanın Rusiya və Belarusla qalan sonuncu elektrik əlaqələrini kəsdiklərini vurğulayıb.

Von der Leyen Avropanın enerji sahəsində təhdid və şantajdan azad olduğunu ifadə edərək, Rusiyanın qalıq yanacaqlarını da mərhələli şəkildə aradan qaldırdıqlarını xatırladıb.

Mövzu ilə bağlı AB Komissiyasından verilən açıqlamada Baltikyanı ölkələrin Rusiya və Belarus şəbəkələrindən tamamilə ayrıldıqdan sonra Avropa qitə elektrik şəbəkəsinə qoşulduğu bildirilib.

Estoniya, Latviya və Litvanın Polşa üzərindən Avropa qitə şəbəkəsinə qoşularaq Aİ-nin daxili enerji bazarına uğurla inteqrasiya etdikləri, Baltikyanı ölkələrin enerji sistemlərini ümumi və şəffaf qaydalarla işlədəcəkləri diqqətə çatdırılıb.

Açıqlamada Baltikyanı ölkələrin AB elektrik şəbəkəsinə inteqrasiyası üçün tələb olunan investisiya xərclərinin 75 faizinin Aİ fondları tərəfindən qarşılandığı, AB-nin elektrik şəbəkəsi infrastrukturu üçün 1,23 milyard avro qrant ayırdığı bildirilib.

Xatırladaq ki, Ukrayna və Moldova da 2022-ci ilin martında Rusiyanın elektrik şəbəkəsindən ayrılıb və Avropa şəbəkəsinə qoşulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu