Suriya Müdafiə Nazirliyi Rusiya konvoyunun Tartus bazasına daxil olmasına icazə vermədi
![](/uploads/posts/2025-02/ru-in-sy-aa-2330861_1.jpg)
Suriya Müdafiə Nazirliyi Latakiya vilayətinin Ceblah rayonundakı Xmeymim Hərbi Hava Bazasından yola düşən Rusiya konvoyunun Tartus əyalətindəki bazaya daxil olmasına icazə verməyib.
Raket daşıyan 30 maşından ibarət Rusiya karvanı səhər saatlarında Xmeymim hava bazasından yola düşərək Tartusa istiqamət alıb.
Rus karvanı yeni hökumətin Müdafiə Nazirliyinə bağlı hərbi qüvvələr tərəfindən təxminən 8 saat Tartusda yol keçid məntəqəsində gözlədilib.
Saatlarla gözlədikdən sonra konvoy bazaya girə bilməyərək yerli vaxtla saat 17:00 radələrində Ceble rayonundakı Xmeymim bazasına qayıdıb.