Rusiya: Qəzzada vətəndaşımızın azad edilməsini alqışlayırıq


Kremlin sözçüsü Dmitri Peskov Rusiya vətəndaşı Aleksandr Trufanovun Qəzza zolağından azad edilməsini alqışlayaraq, "Həmasa verdiyi qərara görə təşəkkür edirik" deyib.



"Moskva Rusiya vətəndaşı Trufanovun azad edilməsini alqışlayır. Qərarına görə Həmas rəhbərliyinə təşəkkür edirik", - Peskov paytaxt Moskvada jurnalistlərə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Trufanovun azad edilməsində göstərdikləri dəstəyə görə Fələstin tərəfi, Qətər və Misirə təşəkkür edib.

2023-cü ilin noyabrında 3 Rusiya vətəndaşının azad edildiyini xatırladan Zaxarova, Qəzzada qalan daha bir vətəndaşın azad edilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu