Suraxanı rayonu ərazisində silah-sursat aşkarlanıb

Suraxanı rayonu ərazisində silah-sursat aşkarlanıb.
DİN Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 2 avtomat silahı, 2 tapança, 1 tüfəng və 11 patron tapılaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.