HƏMAS sabah azad ediləcək girovların siyahısını açıqlayıb

HƏMAS Qəzza zolağında saxlanılan və fevralın 22-də azad edilməli olan girovların siyahısını dərc edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubaida öz Telegram kanalında açıqlayıb.
Siyahıda 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanan Eliya Koen, Ömər Şem-Tov, Ömer Venkert və Tal Şoham, həmçinin 2014 və 2015-ci ildən bu anklavda olan Avera Mengistu və Hişam əl-Sayyed də var.