Zelenski: Ukrayna ilə qürur duyuram

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə ölkəsi ilə fəxr etdiyini bildirib.
Zelenski sosial media hesabında bu barədə açıqlama verib:
"3 illik müqavimət, 3 illik minnətdarlıq. Ukraynalıların 3 illik mütləq qəhrəmanlığı. Ukrayna ilə qürur duyuram. Onu qoruyan və kömək edən hər kəsə təşəkkür edirəm. Ukrayna üçün çalışan hər kəsə. Dövlətimiz və xalqımız üçün canından keçən hər kəsin xatirəsi əbədi olsun".