Yoon hərbi vəziyyət elanının məqsədinə çatdığını bəyan edib

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra prezident vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol hərbi vəziyyətin elan edilməsinin böyük ölçüdə məqsədinə çatdığını bəyan edib.
Cənubi Koreya mediasının məlumatına görə, Yoon Konstitusiya Məhkəməsinə impiçment məhkəməsi zamanı "Hərbi vəziyyətin məqsədi milli böhran vəziyyəti haqqında məlumat vermək idi və məncə, buna böyük ölçüdə nail olunub" deyib.
Cənubi Koreyada gənclərin və bir çox vətəndaşın ölkənin düşdüyü vəziyyətlə barışdığını və suverenliyi bərpa etmək və ölkəni qorumaq üçün addımlar atdığını ifadə edən Yoon “Mənim əsl niyyətlərimi anlayan vətəndaşlarımıza və gənclərimizə səmimi təşəkkürümü bildirmək istəyirəm” deyib.
Yoon vəzifəyə qayıdacağı təqdirdə bir daha hərbi vəziyyət elan edəcəyi ilə bağlı iddiaların absurd olduğunu bildirib və belə bir hadisənin baş verməyəcəyinə zəmanət verib.
"Associated Press"in məlumatına görə, Yun dinləmədəki ifadəsində əsas müxalifət partiyasını “cinayətkarlar yuvası” və “dövlət əleyhinə olan qüvvələr” adlandırıb.
Hərbi vəziyyət elan etməsinin səbəbinin ölkənin üzləşdiyi ölüm-dirim böhranını artıq görməməzlikdən gələ bilməməsi olduğunu izah edən Yoon müxalifət partiyasının dövlətə qarşı pis hərəkətləri barədə ictimaiyyəti məlumatlandırmağa çalışdığını qeyd edib və ictimaiyyəti buna son qoymağa çağırıb.
Yoon parlamentin işini pozmaq niyyətində olmadığını və ora əsgər və polis göndərilməsinin asayişi qorumaq üçün olduğunu müdafiə edib.
Yoon prezident səlahiyyətlərini bərpa etsə, mövcud prezident sistemini dəyişdirəcək siyasi islahatlara və konstitusiyaya yenidən baxılmasına təkan verəcəyini vurğulayıb və həmçinin siyasi islahatları təşviq etmək üçün 5 illik səlahiyyət müddəti 2027-ci ildə başa çatmazdan əvvəl vəzifəsini vaxtından əvvəl tərk edə biləcəyini qeyd edib.