Bu qərarı versəniz, sizi ABŞ-da qarşılayacağıq - Trampdan qrenlandiyalılara

ABŞ prezidenti Donald Tramp Qrenlandiya xalqının ABŞ-a qoşulma qərarını bəyənəcəyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Qrenlandiya xalqı haqqında danışarkən o vurğulayıb: “Biz sizin öz gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Və bu qərarı versəniz, sizi ABŞ-da qarşılayacağıq”.
Nümayəndələr Palatası və Konqres Senatında ABŞ-dakı vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri haqqında nitqlə çıxış edən Tramp əlavə edib: “Bizə milli və hətta beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Qrenlandiya lazımdır”. Və biz buna nail olmaq üçün bütün maraqlı tərəflərlə işləyirik".