Mozambik və Malavidə "Jude" qasırğası nəticəsində 9 nəfər ölüb


Mozambik və Malavidə "Jude" tropik siklonu nəticəsində 9 nəfər ölüb.



Mozambikin Milli Fəlakətlərin İdarə Olunması İnstitutu "Jude" siklonunda 6 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Qeyd edilib ki, Nampula, Niasa və Zambeziya bölgələrində 9525 nəfər qasırğa nəticəsində evlərini tərk edib.

Malavidə səlahiyyətlilər siklonda 3 nəfərin öldüyünü, siklonun gətirdiyi şiddətli yağışlar səbəbindən 20 min insanın evsiz qaldığını açıqlayıb.

Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti evsiz qalanların təxliyyə mərkəzlərinə aparıldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu