ABŞ yeni idxal rüsumlarını aprelin 2-dən tətbiq edəcək

ABŞ administrasiyası hələ də Amerika mallarının idxalına digər ölkələrin tətbiq etdiyi tariflərə bərabər güzgü tarifləri tətbiq etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Eyni zamanda, o, qeyd edib ki, polad və alüminium idxalı üçün istisnalar etməyi planlaşdırmır.
"Rüsumlar qarşılıqlı olacaq. Bu o deməkdir ki, əgər onlar bizdən pul alırlarsa, biz də onlardan alacağıq, bu, çox sadədir. Artıq bizə çoxlu milyardlarla dollar gəlib və aprelin 2-də böyük məbləğdə vəsait daxil olmağa başlayacaq", - deyə Ağ Ev rəhbəri əlavə edib. "Mən bunu aprelin 1-də edərdim, amma siz bilirsiniz ki, 1 aprel hansı gündür", - Tramp zarafatından qalmayıb.
Jurnalistlər ondan müəyyən əmtəə məhsulları - polad və alüminium üçün hər hansı istisnaların nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirməsini xahiş ediblər. “Xeyr, mənim belə bir niyyətim yoxdur” - deyə ABŞ prezidenti cavab verib.