HƏMAS Vitkoffun Qəzza planını nəzərdən keçirməyə hazırdır

HƏMAS ABŞ nümayəndəsi Steven Vitkoffun Qəzzada atəşkəsin uzadılması planını nəzərdən keçirməyə hazır olduğunu, ancaq strategiyanın sazişin ikinci mərhələsinin həyata keçirilməsinə səbəb olacağı təqdirdə olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
"Vitkoffun təklif etdiyi şey, artıq imzalanmış sazişdən çıxmaq və yeni müqavilə bağlamaq cəhdi idi - biz bunu rədd etdik. Bununla belə, biz Vitkoffun planına müsbət baxmağa hazır idik, bir şərtlə ki, bu, bizə razılaşmanın ikinci mərhələsinə keçməyə imkan verəcəkdi", - deyə Həmdan Qətərin "Əl-Cəzirə" telekanalına bildirib. O qeyd edib ki, bütün sazişdə atəşkəs əsas məsələdir və bu, aydın və birmənalı şəkildə ifadə edilməlidir.
Bundan əvvəl Həmdan Vitkoffun planında daimi atəşkəs və nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı müddəaları ehtiva etmədiyini və yalnız girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələsinə toxunduğunu qeyd bildirmişdi.