Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi


Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.


AFN.az xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.

Qeyd olunub ki, əməliyyat-axtarış tədbiri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 210 ünvanında Dilavər Məhərrəm oğlu Ağayevə məxsus 528.025 qram heroin, 31.48 qram qurudulmuş marixuana və 317.322 qram metamfetamin tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu