ABŞ Husi liderlərini məhv edir


Birləşmiş Ştatlar husilərin bir neçə liderini məhv edib, həmçinin hərəkatın qərargahına və silah fabriklərinə dağıdıcı zərbələr endirib.


AFN.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

O, "CBS News"a açıqlamasında bildirib: "Biz Husi liderlərini, o cümlədən onların ən yaxşı raket adamlarını sıradan çıxardıq, qərargahlarını, rabitə mərkəzlərini, silah fabriklərini və hətta bəzi dron istehsal müəssisələrini vurduq.

ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirir ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu