KİV: Qəzzanın bombalanması nəticəsində 20-dən çox fələstinli həlak olub


İsrailin Qəzza zolağını səhər saatlarında yenidən bombardman etməsi nəticəsində 20-dən çox fələstinli həlak olub.


AFN.az xəbər verir ki, məlumatı "Əl-Cəzirə" telekanalı yayıb.

Səhiyyə yetkililərinin verdiyi məlumata görə, sektor ərazisinin bir neçə saat davamlı atəşə tutulması zamanı azı 21 nəfər ölüb. Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin Tell əl-Sultan bölgəsində kritik vəziyyət yaranıb.

Şəhər administrasiyasının nümayəndəsinin verdiyi məlumata görə, minlərlə ərəb ailəsinin yaşadığı Tell əl-Sultan faktiki olaraq mühasirədədir, elektrik enerjisi yoxdur və su təchizatı kəsilib. İsrail qüvvələri bölgəni bombalamağa davam edir. "İşçilər bir sutkadan artıqdır ki, yerli sakinlərə lazımi yardım göstərmək üçün Tell əl-Sultana gedən təcili yardım ekipajları və ya xilasetmə qrupları ilə əlaqə saxlaya bilmir" - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu