Tərəflərin hələ də həll etməli olduğu çoxlu texniki məsələlər var - Peskov


Moskva və Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək üçün ümumi istəyi var, lakin tərəflərin hələ də həll etməli olduğu çoxlu texniki məsələlər var.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə deyib. O, ABŞ lideri Donald Trampın gələcək sövdələşmənin konturlarının aydın olması ilə bağlı açıqlamalarını şərh edib.

"Görünür, söhbət ölkələrin sülh yolu ilə nizamlanma istəyi və hazırlığından gedir. Burada həqiqətən də ümumi anlaşma var. Texniki məsələlərin müəyyən hissəsi ilə bağlı hazırda Ər-Riyadda bizim və Amerika nümayəndə heyəti arasında danışıqlar aparılır. Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi ilə bağlı məsləhətləşmələr gedir. "Ümumiyyətlə, hələ çox, çox müxtəlif aspektlər var ki, onların üzərində işləmək lazımdır" - deyə Kreml nümayəndəsi qeyd edib..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu