Kanadada müsəlman qadının çadrasını yandırmağa cəhd edən şübhəli həbs edilib


Kanadanın Ontario əyalətində kitabxanada müsəlman qadına hücum edərək onun çadrasını yandırmağa cəhd edən şəxsin həbs olunduğu açıqlanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Durham əyalət polisinin verdiyi açıqlamada Ajax şəhərindəki kitabxanada müsəlman qadına hücum xəbəri aldıqlarını bildirib.

Kitabxanada başıörtülü olan müsəlman xanım qiraətlə məşğul olarkən tanımadığı başqa bir qadın ona əşyalar ataraq təhqir edib. Açıqlamada bildirilir ki, şübhəli şəxs müsəlman qadının baş örtüyü çıxarmağa çalışıb. Şübhəli daha sonra naməlum maye tökərək çadranı alışqanla yandırmağa cəhd edib.

Hadisəyə ilk olaraq kitabxananın mühafizəçiləri müdaxilə ediblər. Lakin qaçan təcavüzkarın bir neçə saat sonra polis tərəfindən yaxalandığı bildirilir.

Hücumda nifrət faktorunun rolu olub-olmaması ilə bağlı araşdırma aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu