Yaponiya ABŞ-ın rüsum siyasətinə cavab verəcək - İşiba


Yaponiya hökuməti Vaşinqtonun avtomobil idxalına 25 faizlik rüsum tətbiq etməsinə cavab vermək üçün bütün variantları araşdıracaq.


AFN.az yerli mediaya istinadən xəbər verir ki,bunu parlamentdə çıxışı zamanı Yaponiyanın baş naziri Şiqeru İşiba deyib.

"Biz müvafiq cavab barədə düşünməliyik. Təbii ki, biz bütün mümkün variantları nəzərdən keçirəcəyik", - deyə o bildirib.

İşiba vurğulayıb ki, Yaponiya ABŞ iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırıb və xeyli sayda iş yerləri yaradıb: "Yaponiya ABŞ-a ən çox sərmayə qoyur, ona görə də biz düşünürük ki, ​​bütün ölkələrə ABŞ-la eyni münasibət göstərilməlidir".

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ölkə hüdudlarından kənarda istehsal edilən bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcək. Onun sözlərinə görə, Vaşinqton administrasiyası yeni rüsumlardan büdcə gəlirlərinin ildə təxminən 100 milyard dollar təşkil edəcəyini gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu