Ramazan ayında Məkkə və Mədinədə iki müqəddəs məscidi 122 milyon müsəlman ziyarət edib

Səudiyyə Ərəbistanı Ramazan ayında Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscid-i Nəbəvini 122 milyon müsəlmanın ziyarət etdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Baş Rəyasət Heyətinin açıqlamasını dərc edib.
Açıqlamaya görə, Ramazan ayında Kəbənin də daxil olduğu Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscidül-Nəbəvini 122 milyon 286 min 712 nəfər ziyarət edib.
Ramazan ayında 16 milyon 558 min 241 nəfər ümrə ziyarəti edib.
Bundan əlavə, Ramazan ayında Məscidül-Həramda 75 milyon 573 min 928 müsəlman, Məscidül-Nəbəvidə isə 30 milyon 154 min 543 müsəlman namaz qılıb.