ABŞ Çin rəsmilərinə viza sanksiyaları tətbiq edəcək

ABŞ administrasiyası Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.
AFN.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir. Bildirilir ki, buna səbəb xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin ÇXR-in Tibet Muxtar Bölgəsi ərazisinə girişinə qoyulan məhdudiyyətlərdir.
“Bu gün mən Tibet ərazilərinə xarici girişlə bağlı siyasətin işlənib hazırlanması və ya həyata keçirilməsində əhəmiyyətli rol oynadığı aşkar edilən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm” - deyə Rubionun imzaladığı sənəddə qeyd edilir.