Səbaildə silsilə oğurluqlar edən şəxs saxlanılıb


Səbail rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.


AFN.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Belə ki, Səbail rayonu ərazisində yerləşən 4 ev və bir qarajdan təmir alətləri, elektrik avadanlıqlarının oğurlanması, nəticədə zərərçəkənlərə 2850 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus içərisində 570 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 43 yaşlı T.Hüseynovun da saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu