Peskov: ABŞ-ın qarşıdurma ritorikası fonunda İranın hərəkətləri təbiidir

ABŞ-ın qarşıdurma ritorikasını nəzərə alsaq, İranın ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə salmaq qərarı təbiidir.
AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, vəziyyətin pisləşməsi Rusiyanı narahat edir,
Vəziyyətin Moskvada narahatlıq doğurub-doğurmaması ilə bağlı suala Kremlin sözçüsü belə cavab verib: “Əlbəttə, hamı kimi biz də narahatıq. Biz kifayət qədər sərt ritorika eşidirik. Təbii ki, İran hakimiyyəti lazımi qabaqlayıcı qoruyucu tədbirlər görür. Bütün bunlar gərginliyin artmasına səbəb olur", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu şəraitdə əsas məsələ təmasların mümkünlüyündən danışan xəbərlərdir: "Təmaslar və dialoq həmişə gərginliyin artmasına səbəb olan qarşıdurma hərəkətlərindən daha yaxşıdır”.