Tramp gələn həftə yarımkeçiricilərə tətbiq ediləcək rüsumları açıqlayacaq


ABŞ prezidenti Donald Tramp gələn həftə yarımkeçirici məhsullara rüsumlar elan edəcəyini açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib. "Mən yarımkeçiricilərə tətbiq edəcəyimiz rüsumları gələn həftə elan edəcəm" - deyə o qeyd edib.

ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, ABŞ administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarının göndərilməsini qarşılıqlı gömrük rüsumlarından müvəqqəti azad edib. Onun sözlərinə görə, hakimiyyət daha sonra onlar üçün ayrıca sənaye tarifləri tətbiq etməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, bu mallar yarımkeçiricilər kateqoriyasına düşəcək və rüsumlar tətbiq olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu