Heqset Yəmən əməliyyatı ilə bağlı məlumatları həyat yoldaşına göndərib


Pentaqon rəhbəri Pete Heqset, həyat yoldaşı, qardaşı və vəkilinin də daxil olduğu "Signal" qrupuna ABŞ-ın Yəməndəki zərbələri ilə bağlı ətraflı məlumat göndərib.


AFN.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Heqset martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, həmçinin qardaşı Fil və hərbi şöbədə çalışan şəxsi hüquqşünas Tim Parlatore ilə söhbətində "Ənsar Allah" üsyançı hərəkatından Yəmən husilərinin mövqelərinə zərbələr endirən F/A-18 Hornet qırıcılarının uçuş cədvəlini dərc edib.

Nəşrin qeyd etdiyi kimi, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqin əlavə edilməsi ilə qalmaqala səbəb olan “Signal”da ABŞ administrasiyasının rəsmilərinin iştirak etdiyi söhbətdən fərqli olaraq, ikinci söhbət Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və ona həyat yoldaşından əlavə, Heqsetin yaxın çevrəsindən daha 10-a yaxın adam daxil edilib. Üstəlik, Amerika hərbi idarəsinin rəisi çatda ünsiyyət qurmaq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib.

Qəzetin yazdığına görə, söhbətdə adətən təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə edilirmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu