Çin bəzi ABŞ mallarına 125 faizlik rüsumlardan imtina edə bilər


Pekin ABŞ-dan bəzi idxal məhsullarına tətbiq edilən 125 faizlik rüsumları ləğv etməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, söhbət tibbi avadanlıq və etan kimi bəzi sənaye kimyəvi maddələrinə əlavə rüsumların mümkün ləğvindən gedir. Təyyarələrin lizinq sektorunda tariflərin aşağı salınması da müzakirə olunur.

Agentliyin mənbələri bildiriblər ki, rüsumların azaldılmasının təsir göstərə biləcəyi sahələrin siyahısı yekun deyil və hələ də formalaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu