Taylandda kiçik təyyarə qəzasında beş nəfər həlak olub


Taylandda Banqkokdan 160 km cənubda Ça-am kurort şəhəri yaxınlığında kiçik təyyarənin suya düşməsi nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə yerli vaxtla saat 08:00-da baş verib. "Matichon" saytının dərc etdiyi video görüntülərdə təyyarənin sahil xətti yaxınlığında suya fırladığı görünür.

"DHC6 - 400 Twin Otter" Tayland Kral Polisinə məxsusdur və paraşüt təlimi üçün istifadə olunub.

Taylandın aviasiya rəsmiləri və polisi təyyarə qəzasının səbəblərini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu