Taylandda kiçik təyyarə qəzaya uğrayıb: 9 nəfər ölüb


Taylandın Çaçoenqsao əyalətində Cessna tipli kiçik təyyarə meşəlik əraziyə düşüb. Qəza nəticəsində 9 nəfər ölüb.



Taylandın Trat əyalətinə getmək üçün paytaxt Banqkokdan 7 sərnişin və 2 pilotla havaya qalxan TFT209 nömrəli Cessna tipli təyyarə yerli vaxtla saat 15.18-də Çaçoenqsao əyalətində meşəlik əraziyə düşüb.

Əraziyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Qəzada 5 çinli, 2 taylandlı sərnişin və 2 taylandlı pilot həyatını itirib.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu