ABŞ Ukrayna danışıqları üçün son tarix təyin etməyib - Tramp

Birləşmiş Ştatlar Ukraynada nizamlanmaya dair danışıqlar üçün hər hansı son tarix təyin etməyib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Son müddət yoxdur. Mən sadəcə bunu mümkün qədər tez başa çatdırmaq istəyirəm" - ABŞ administrasiyasının rəhbəri Ukrayna ilə bağlı danışıqların son müddəti barədə sualı cavablandırarkən qeyd edib.