BMT-nin Qəzzada ərzaq ehtiyatı tükənib


BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qəzza zolağındakı ərzaq ehtiyatları sərhəd keçid məntəqələrinin bağlı qalması səbəbindən tükənib.


Bu barədə təşkilatın bəyanatında deyilir.

"Bütün əsas sərhəd keçidləri bağlı qaldığından, humanitar və kommersiya ləvazimatları yeddi həftədən artıqdır Qəzzaya daxil ola bilmir", - deyə təşkilatdan bildirilib. Hesablamalara görə, ərzaq qiymətləri atəşkəs rejiminin qüvvədə olduğu dövrlə müqayisədə 1400% artıb.

Aprelin 25-də təşkilat Qəzza zolağına son ərzaq ehtiyatlarını çatdırıb. "Ehtimal ki, oradakı ərzaq ehtiyatları yaxın günlərdə tamamilə tükənəcək. Bir neçə həftədir ki, bu məntəqələr Qəzza sakinləri üçün yeganə daimi ərzaq yardımı olub", - məlumatda deyilir.

ÜƏP həmçinin xatırladıb ki, martın 31-də təşkilatla əməkdaşlıq edən 25 çörək zavodunun hamısı buğda unu və yemək yanacağı tükəndiyi üçün bağlanıb. Onlar qeyd ediblər ki, 116 min tondan çox ərzaq yardımı humanitar dəhlizlərdədir və sərhədlər açılan kimi Qəzzaya çatdırılmağa hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu