2 yaşlı uşaq ağcaqanad dərmanını içib öldü

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb.
Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
Məlumata görə, azyaşlı evdə ağcaqanada qarşı istifadə edilən və elektrik enerjisinə qoşulan dərman qurğusundakı mayeni içib.
Faktla bağlı araşdırma aparılır.