Polşa Krakovdakı Baş Konsulluğunu bağlayır və diplomatları ölkədən çıxarır


Rusiyanın Krakovdakı Baş Konsulluğu öz işini 30 gündən tez başa çatdırmalı olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Henrika Moşçika-Dendis məlumat verib.

“Poznandakı konsulluq məsələsində olduğu kimi, Rusiya tərəfinə diplomatik qurumu bağlamaq üçün son vaxt, adətən ən azı 30 gün müddət verilib”, - deyə diplomat bildirib. Agentliyin nümayəndəsi konkret tarix açıqlamayıb.

Rusiyanın Krakovdakı Baş Konsulluğunun 3 diplomatı persona non qrata elan ediləcək və Polşanı tərk etməli olacaqlar.

"Bu qərar yalnız diplomatlara aiddir. Bu qərar yardımçı, inzibati heyətə aid deyil", - agentliyin nümayəndəsi bildirib. O, Rusiyanın Krakovdakı Baş Konsulluğunda 3 diplomat və 4 inzibati-texniki işçinin akkreditasiyadan keçdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu