Astsubay Süleymanın Aylası vəfat etdi

"Ayla" filmi ilə hekayəsi böyük ekranlara gətirilən koreyalı Kim Eunja dünyasını dəyişib.
Türkiyənin Seuldakı səfirliyindən verilən açıqlamaya görə, Seul yaxınlığındakı İncheon şəhərində uşaqları və nəvələri ilə yaşayan Kim 2022-ci ildə COVID-19-a yoluxduqdan sonra pnevmoniyaya tutulub.
Koreya Veteranlar və Vətənpərvərlər Nazirliyinin də himayəsində olan Kim bir müddətdir İncheon yaxınlığındakı Sonqdo Hana Xəstəxanasının Yaşlılar Baxımı şöbəsində müalicə alırdı.
Bu yaxınlarda demensiya xəstəliyi aşkar edilən Kim yenidən pnevmoniyaya yoluxub və dünən dünyasını dəyişib.
Real hekayədən uyğunlaşdırılan “Ayla” filmi Koreya müharibəsi zamanı tərk edilmiş vəziyyətdə tapdığı beş yaşlı qıza qulluq edən Astsubay Süleyman Dilbirliği ilə Ayla adlı qızın hekayəsindən bəhs edirdi.